Bir zamanlar ev telefonuna sahib olmaq prestij sayılırdı, hətta buna görə illərlə növbə gözləyənlər də az deyildi. İndi isə ev telefonundan tək-tük adamlar nadir hallarda istifadə edirlər.
Globalinfo.az bildirir ki, sakinlər arasında sorğu aparılan zaman ev telefonlarının artıq onları cəlb etmədiyi, dövrün tələblərinə uyğun olaraq daha çox mobil telefonlardan istifadə etdiklərini müşahidə etdik.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasovun sözlərinə görə isə stasionar telefonlar aktuallığını itirməyəcək: “Sözügedən telefonlar dövlət qurumları və bəzi biznes sektorlarında kabinetlərdə və ya dalğanın yaxşı tutmadığı bir çox yerlərdə stasionar telefonlardan istifadə olunur”.
Daha ətraflı Baku TV-nin süjetində: