“İran xalqının seçim hüququna hörmət olunmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, İran rejimi ilə ciddi fikir ayrılıqları mövcuddur, lakin bu problemi bombardman və hərbi əməliyyatlarla həll etmək mümkün deyil.
Makron qeyd edib ki, bu cür yanaşmanın nəticələri artıq İraq, Əfqanıstan və Liviya kimi ölkələrdə aydın görünür.
Onun fikrincə, həmin müdaxilələr istənilən nəticəni verməyib və hətta uzun illər keçməsinə baxmayaraq məqsədlərə nail olunmayıb.
Safura Bənnayeva
Globalinfo.az