“Almaniya Ukraynaya “Leopard” tanklarını 2024-cü ildən tez verə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Almaniyanın “Rheinmetal” şirkətinin rəhbəri Armin Papperger yayıb.
O, anbarlarda istifadədən çıxarılmış 110 tankın olduğunu və bunların yenilənəcəyini bəyan edib.
Qeyd edək ki, Almaniyada hələ də Ukraynaya “Leopard”ların verilməsi ilə bağlı tərəddüd mövcuddur. Belə ki, kansler Olaf Şolts bu tankların göndərilməsini istəməsə də, tədarükünə də qadağa qoymur.
Aqşin
Globalinfo.az