Makrondan ETİRAF: “Rusiya qalib gəlsə, Avropanın təhlükəsizliyinə son qoyulacaq”

“Rusiya qalib gəlsə, Avropanın təhlükəsizliyinə son qoyulacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron fikir səsləndirib.

O bildirib ki, ölkəsi Moskvaya qarşı müharibə aparmasa da, Fransanın vəzifəsi Ukrayna müharibəsində Rusiyanın qələbəsinə imkan verməməkdir.

Yaxın Şərqdəki vəziyyətə toxunan Makron Fransanın Qırmızı dənizdə naviqasiya azadlığını müdafiə etdiyini və ölkəsinin bölgədəki mövcudluğunun effektiv olduğunu diqqətə çatdırıb. Fransa prezidenti  2017-ci ildən bəri ordunun büdcəsinin iki dəfə artdığını da vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az