Makron Qarabağla bağlı o məşhur cümləni təkrarladı

Fransa Ukraynanın qələbəsinin tərəfdarıdır, amma Rusiyanın əzilməsini istəmir.

Globalinfo.az xəbər verir ki, bunu fransız jurnalistlərə açıqlamasında Fransa Prezidenti Emmanuel Makron deyib.

“Mən istərdim ki, Rusiya Ukraynada məğlub olsun və Kiyev öz mövqeyini müdafiə edə bilsin. Bununla belə, konfliktin sonunda tərəflərdən hansısa biri böyük üstünlük əldə edə bilməyəcək”, – o qeyd edib.

Fransa lideri Ukrayna münaqişəsinin hərbi yolla həlli olmadığını deyərək, 28 il ərzində Qarabağla bağlı deyilən məşhur ifadəni təkrarlayıb.

Makron həmçinin Rusiyanın məhv edilməsinin Fransanın mövqeyini ifadə etmədiyini söyləyib. O həmçinin savaşın Rusiya ərazisinə keçməsini də dəstəkləmədiyini deyib.

İlkin Həsənov
Globalinfo.az