Türkiyə boğazlardan keçid üçün rüsumları artırdı

Türkiyə boğazlarından keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlayıb.

Globalinfo.az xəbər verir ki, ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından tranziti üçün rüsumlar 4,42 ABŞ dollarına qaldırılıb.

Qeyd olunub ki, keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.