Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən siyasi böhran fonunda istefa verməyəcək.
Globalinfo.az xəbər verir ki, bunu Bərabərlik və Ayrı-seçkiliyə Qarşı Nazir vəzifəsini icra edən Aurore Berger deyib.
“Prezident istefa verməməlidir və olmayacaq da. Makron demokratik yolla seçilib”, – o vurğulayıb.
Qeyd edək ki, oktyabrın 6-da Yelisey sarayı Fransanın baş naziri Sebastien Lekornunun istefa ərizəsini təqdim etdiyini və Makronun bunu qəbul etdiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az