Husilər Təl-Əvivdəki “Ben Qurion” hava limanına ballistik raket atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Raket zərbələri Netanyahunun ABŞ-dan ölkəyə qayıtdığı vaxta təsadüf edib.
İsrail Müdafiə Qüvvələri Netanyahunun təyyarəsinin Təl-Əvivin Ben Qurion hava limanına enməsindən yarım saat sonra atılan raketin vurulduğunu açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az