Azərbaycanlı futbolçu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
Globalinfo.az xəbər verir ki, “Nürnberq”də çıxış edən hücumçu transfer söz-söhbətlərinə aydınlıq gətirib.
“Son bir neçə gündə mənimlə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün sizə müraciət edərək, anlaşılmazlığı aradan qaldırmaq istəyirəm. Mən “Nürnberq”in futbolçusuyam, səbirsizliklə həm meydanda, həm də meydandan kənarda əldə olunacaq uğurlu anları gözləyirəm.
Əsas məqsədim komandanın ən yüksək nəticələr qazanmasıdır. İlk gündən bildirmişəm ki, sizi öz çıxışım və qollarımla sevindirmək üçün əlimdən gələni edəcəyəm. Nürnberq özümü xoşbəxt hiss etdiyim yerdir və çox işləmək üçün yüksək motivasiyam var. İndi bütün diqqətlər növbəti oyunadır – sizin dəstəyinizə ehtiyacımız var və Hannoverdə 3 xal üçün birlikdə mübarizə aparacağıq”.
Qeyd edək ki, Mahirin “Nürnberq”i tərk edərək, Cənubi Koreyaya yollanacağı xəbərləri yayılmışdı. Nəticədə, azərbaycanlı futbolçunun adı komandasının son iki oyununda iştirak ərizəsinə daxil edilməmişdi.