Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyur.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar bildirib. O qeyd edib ki, hökumət Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq etmək qərarı verib.
Onun sözlərinə görə, qərarın əsas məqsədi yerli fermerlərin maraqlarını qorumaq və daxili bazarda qiymət sabitliyini təmin etməkdir.
Macarıstan hakimiyyəti hesab edir ki, Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının böyük həcmdə daxil olması yerli istehsalçılar üçün ciddi iqtisadi təzyiq yaradır.
Baş nazir əlavə edib ki, Budapeşt Avropa İttifaqı çərçivəsində də bu məsələni gündəmə gətirməyə davam edəcək və milli kənd təsərrüfatı sektorunun qorunmasını prioritet hesab edir.
Tahir Turan
Globalinfo.az