Macarıstan Aİ-dən 700 milyon avrodan çox dəstək alıb

Macarıstan “yaşıl keçid” və Rusiyadan enerji asılılığının azaldılmasını nəzərdə tutan “REPowerEU” proqramı çərçivəsində Avropa İttifaqından təxminən 706 milyon avro dəyərində dəstək alıb.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Macarıstanın maliyyə naziri Mihay Varqa öz “Facebook” səhifəsində məlumat verib.

Bildirilib ki, vəsait Macarıstanın karbonsuz enerjiyə “yaşıl keçidini” həyata keçirmək üçün istifadə olunacaq.

Avropa İttifaqı tərəfindən 2022-ci ilin mayında işə salınan “RePowerEU” proqramı enerjiyə qənaət, yaşıl enerjinin inkişafı və alternativ enerji mənbələrindən istifadə etməklə ittifaq ölkələrinin Rusiya enerji resurslarından asılılığını azaltmaq üçün nəzərdə tutulub.