Liviya prezidenti İlham Əliyevə məktub göndərdi

9EF7E07B 97C1 48BB 923E 1A10D8293D0Djpeg 1653804263

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!”.