“İsrailin quru işğalı regional müharibəyə səbəb olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Livanın Britaniyadakı səfiri Rami Mortada “The Times” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Hizbullah-İsrail qarşıdurmasına qoşulmayan və 11 ay kənarda dayanan Livan silahlı qüvvələri İsrailin qurudan və havadan genişmiqyaslı hücumu fonunda sakit durmayacaq və cavab verəcək.
“Biz genişmiqyaslı regional münaqişənin bütün riskləri ilə üzləşirik və bunun qarşısını almağa çalışmışıq. Müharibə Livan üçün son olacaq. Lakin bu müharibədə Livan tək başına əziyyət çəkməyəcək. Yaxın tarix bunu bizə öyrədib. Ona görə də bütün səylər belə ağır nəticənin qarşısını almağa yönəldilməlidir ”, – deyə səfir vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az