Litva İrəvanı və Bakını kommunikasiyaların blokdan açılması məsələsində öz təcrübəsindən istifadə etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bunu Litvanın Ermənistandakı səfiri Andrius Pulokas deyib.
O bildirib ki, Litva Rusiyanın Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində dəfələrlə öz təcrübəsini həm İrəvan, həm də Bakı ilə bölüşüb.
“Rusiyanın Kalininqrad vilayəti eksklavdır. Litvanın Aİ-yə daxil olması bu sahədə həlledici rol oynadı. Aİ, Litva və Rusiya Kalininqrad tranziti adlandırılan sxem üzrə razılığa gəliblər. İndi, hətta Rusiyanın Ukraynadakı müharibəsi fonunda belə, Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər. Düşünürəm ki, bu sadələşdirilmiş tranzit modelinin bəzi elementləri Azərbaycan və Ermənistan üçün də faydalı ola bilər. Axı bu, Avropa təcrübəsidir və uğurlu modeldir”, – səfir vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az