1684314422 03eb58dae0e6901414ec0834e43198f7 2

Lənkəranda baş vermiş qəzada sürücü ölüb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayev sükanı arxasında olduğu “VAZ-2106” markalı, 42-CD-389 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi, yol kənarındakı kanala düşərək ağaca çırpılıb. Qəza nəticəsində sürücü E. Salayev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, qəzadan öncə sürücü ürəktutmadan ölüb və qəza qaçılmaz olub.

Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Qeyd edək ki, Elşad Salayev Lənkəranda tanınmış avtomobil ustası olub.

Faktla bağlı araşdırma aparılır.

3 21 4 18 5 8 710126238 26899581836385801 1859610942380442815 n 7 711567294 26899581959719122 5449696945382974731 n 1

Paylaş: