Türkiyədə “Yeni Partiya”nın sədri Özgür Özəl 250 min dollarlıq iddiaya görə istintaqa cəlb edilib.
Globalinfo.az xəbər verir ki, buna səbəb Emir Sarıgülün prokurorluğa verdiyi ifadə olub.
Türkiyə mediasının məlumatına görə, çirkli pulların yuyulması işi üzrə həbsdə olan Emir Sarıgül iddia edib ki, atası Mustafa Sarıgül “Yeni Partiya”nın qərargahının təchizatı üçün nəzərdə tutulan 250 min dolları Özgür Özəlin avtomobilinə qoyub.
Emir Sarıgül bildirib ki, atası bu barədə ona özü danışıb.
İddialardan sonra İstanbul Baş Prokurorluğunun Özgür Özəl barəsində araşdırma başladığı bildirilir.
Dosyenin Ankaraya, daha sonra müvafiq prosedurlar üçün parlamentə göndərilməsi gözlənilir.
Qeyd edək ki, “Yeni Partiya”nın sözçüsü Zeynel Emre iddiaları təkzib edərək bunları “yalan və böhtan” adlandırıb.
Xatırladaq ki, Emir Sarıgül – Türkiyənin tanınmış siyasətçisi, keçmiş Şişli bələdiyyə başqanı və hazırkı deputat Mustafa Sarıgülün oğludur. O, İstanbulda ailənin əmlakı və çirkli pulların yuyulması iddiaları ilə bağlı istintaq çərçivəsində həbs edilib.
Safura Bənayeva
Globalinfo.az