Lavrovla Abdullahian arasında müzakirə

Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığının yeni detalları məlum olub.

Globalinfo.az xəbər verir ki, tərəflər danışıq zamanı münasibətlərə dair məsələlər, regional, o cümlədən Qəzza zolağında baş verən son hadisələr və Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər.

Bundan başqa, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian Rəşt-Astara dəmir yolu layihəsinin həyata keçirilməsi, o cümlədən İrana məxsus yük maşınlarının Belarus-Rusiya marşrut xətti üzrə hərəkətinin asanlaşdırılması haqda da danışıblar.

Zaira Akifqızı
Globalinfo.az