Lavrovdan Putin-Ərdoğan görüşü haqda açıqlama

Yaxın vaxtlarda Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qeyri-rəsmi görüş keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

“Biz ikitərəfli münasibətlərin dinamik inkişafını qeyd etdik. Son vaxtlar müntəzəm təmasda olan prezidentlər Putin və Ərdoğan arasında ilk növbədə ən yüksək səviyyədə intensiv, etimada əsaslanan siyasi dialoq davam edir. Bir neçə telefon danışıqları, üzbəüz görüşlər olub və yaxın gələcəkdə tərəfdaşlığımızın bütün sahələrinin nəzərdən keçiriləcəyi daha bir qeyri-rəsmi sammitin təşkili planlaşdırılır”.

O, həmçinin əlavə edib ki, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər.