Lavrovdan Bakı və İrəvan arasında münasibətlərə dair AÇIQLAMA

“Rusiya Bakı və İrəvan arasında sülh sazişinin razılaşdırılmasına hər cür yardım göstərməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Rusiyanın Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğunu bildirib.

“Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına hörmət edilməsi və razılaşmaların yerinə yetirilməsi mövqeyindən çıxış edirik”, – deyə S.Lavrov bildirib.

Tahir Turan

Globalinfo.az