Lavrov Ukraynanın Rusiyanı necə aldatdığını açıqladı

Rusiya Ukrayna ilə münaqişəni tənzimləməyə hazırdır, ancaq danışıqlar müddətində atəşi dayandırmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya ötən il Kiyev tərəfindən aldadılıb, həmin vaxt danışıqlar aparılmasına baxmayaraq Ukrayna ordusu rus əsgərlərinə hücum edib:

“Rusiya ikinci dəfə eyni səhvi etməyəcək. Biz danışıqlara, istənilən ciddi təklifi müzakirə etməyə hazırıq. Ancaq danışıqlar müddətində atəşkəsdən söhbət belə gedə bilməz”.

Globalinfo.az