Tramp seçilsə, müharibə bitəcək? – Lavrovun cavabı

“Donald Trampın ABŞ prezidenti seçilməsi çətin ki, Vaşinqtonun Ukrayna ilə bağlı siyasətini dəyişsin”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “CBS news” telekanalına müsahibəsində deyib.

“Hər hansı fərq olacağını düşünmürəm, çünki Rusiya-ABŞ münasibətlərində sabitlik, qarşılıqlı etimad, şəffaflığa dair bütün əsaslı razılaşmalar ciddi şəkildə pozulub. Bu əlaqələr keçmiş ABŞ prezidenti kiçik Corc Buşun dövründə qırılmağa başladı.

ABŞ qitələrarası ballistik raketlərlə bağlı sazişdən çıxaraq bu münasibətləri pozdu. Vladimir Putinin xoş niyyətinə məhəl qoymayanlar proseslərin gedişatını hesablamalı və düşünməlidirlər”, – Lavrov bildirib.

Ayşən Mustafa
Globalinfo.az