“Rusiya şimaldan Ermənistana qarşı hansısa təhdid barədə bəyanatları qəribə hesab edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdə deyib.
Nazir İrəvandan hibrid təhdidlər barədə verilən açıqlamalara toxunub:
“Avropa İttifaqı daim Ermənistanı Rusiya ilə, ya da onlarla birlikdə olmaq arasında məcbur seçim qarşısında qoyur. Rusiya Moskvanın müttəfiqi olan Ermənistanla münasibətlərin inkişafında maraqlıdır.
Biz ondan çıxış edirik ki, son illərdə yüksək səviyyədə – siyasi və parlament səviyyələrində təmaslarımız sabit və kifayət qədər intensiv şəkildə inkişaf edib. Biz bunda maraqlıyıq. Ermənistan bizim müttəfiqimiz, strateji tərəfdaşımızdır. Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görürük”.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin getdiyi bir vaxtda Lavrovun Cənubi Qafqazla bağlı belə açıqlama verməsi birmənalı qarşılanmır.
Safura Bənnayeva
Globalinfo.az