Lavrovdan Krım və Sevastopol açıqlaması

“Krım və Sevastopolun mülkiyyət məsələsi müzakirəyə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir, onlara sahiblik məsələsi isə müzakirəyə həmişəlik bağlıdır.

Lavrov əlavə edib ki, son illər Ukraynadan miras qalmış bir çox problemlər aradan qaldırılıb.

“Krımda millətindən və dil seçimindən asılı olmayaraq, bütün vətəndaşların hüquqlarının qorunmasına ciddi riayət olunur. Bu, krımlıların həyatını rusofob Kiyev rejiminin təcavüzündən qorumağa imkan verdi”, – deyə Lavrov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az