Laləli çəmənlik görmək istəyənlər, tələsin! – FOTOLAR

Ağgöl Milli Parkı ölkəmizin ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir.

Bu sözləri Globalinfo.az-ın Ağgöl Milli Parkına ezam olunmuş əməkdaşına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, parkın daha bir özəlliyi yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir:

“Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir. Təxminən 100 hektarlıq ərazidə qırmızı xalıya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir.

Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca bir rəng qatan həmin mənzərəni görmək üçün turistlərin vaxt itirmədən elə bu həftəsonu yolunu Ağgöl Milli Parkından salması tövsiyə edilir. Hər kəsi füsunkar peyzajdan zövq almağa səsləyirik”, – deyə İ.İbrahimova qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az