Laçın yolunun bağlanmasının əsl səbəbi budur – Erməni politoloqdan ŞOK

Laçın yolunun bağlanması geosiyasi xarakter daşıyır və birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Daniyelyan deyib.

Onun sözlərinə görə, Bakının əsas hədəfi Zəngəzur dəhlizidir ki, bu da qlobal xarakterli dəyişikliklərə gətirib çıxara bilər. O, Laçın yolunun Türkiyə, Türkmənistan və Azərbaycan liderlerinin sammiti ərəfəsində bağlanmasının təsadüfi olmadığını deyib:

“Söhbət təkcə dəmiryolu və avtomobil yolundan getmir. Söhbət ümumilikdə ona nəzarətdən gedir. Yəni de-yure bu ərazi Ermənistanın suveren torpağı olaraq qalacaq, amma faktiki olaraq onun ərazisi olmayacaq. Növbəti mərhələdə biz buranı da itirəcəyik”.

Daniyelyan Azərbaycanın hazırda Ermənistana danışıqlar tərəfi kimi baxmadığını və bütün təzyiqini Rusiyaya yönəltdiyini bildirib.

Zaira Akifqızı
Globalinfo.az