ukrayna esir 1

“Rusiya işğalçı qüvvələri ukraynalı hərbçiləri qılıncla öldürürlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets öz “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, Rusiya ordusunun bu addımı açıq şəkildə müharibə cinayətidir:

“Ruslar silahsız ukraynalı əsirlərin əllərini bağlayır, bu formada edam edirlər. Bu cür hərəkətlər hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Məsələ barədə BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məktublar göndərmişik. Rus ordusunun bu hərəkətləri Ukrayna xalqını ruhdan salmaq məqsədi daşıyır. Lakin onlar istədiklərinə nail ola bilməyəcəklər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ukrayna ordusunun əsgərlərinin qılıncla öldürüldüyünə dair görüntülər yayılıb. Bəzi fotoların Kursk istiqamətindəki döyüşlərdə çəkildiyi deyilir. Qılıncın üzərinə “Kursk üçün” yazılması diqqət çəkib.

WhatsApp Image 2024 09 17 at 11.40.41     WhatsApp Image 2024 09 17 at 11.39.44

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: