Krımı Rusiya hesab edən, Ermənistanda nala-mıxa vuran belçikalı nazir…

“2022-ci il iyunun 21-dən Belçikanın xarici işlər naziri olan Xədicə Labibin 1970-cı ildə Əlcəzairdə doğulub. Onun siyasi baxşılarında ciddi ziddiyyətlər var”.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli yazıb.

O bildirib ki, Xədicə Labibin Gürcüstanın ərazi bütövlüyünü tanıyır:

“O, Tvitter hesabında belə yazır: “Gürcüstanda separatçı Abxaziya və Cənubi Osetiya ərazilərini ayıran inzibati xəttə səfər etdim. Belçika Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin beynəlxalq hüquq normalarına uyğun olaraq danışıqlar yolu ilə həll yolu vacibdir”. Lap yaxşı. Ancaq Krıma münasibətdə o tamam başqa bir mövqe sərgiləyib. Belə ki, Labib 2021-ci ilin iyulunda Rusiya və Ukrayna arasında siyasi mübahisələrə səbəb olan Krıma səfər edib. O, Krıma necə daxil olduğunu açıqlamayıb və Krımı Ukrayna ərazisi kimi tanımayıb.

O, Lunaçarski adına Sevastopol Akademik Rus Dram Teatrının təşkilatçılığı və Vladimir Putinin qızı Katerina Tixonovanın təşkilatçılığı ilə keçirilən “Qlobal Dəyərlər” festivalında iştirak edib. Həmin tədbir 2021-ci ildə 23-25 iyul tarixlərində keçirilib. O, İnstaqramda festivaldan xoreoqrafik tamaşanın fraqmentlərini əks etdirən fotolar yayıb. Səfərdən sonra fransızdilli RTBF (Belçika televiziyası) ondan soruşub ki, o, Rusiyadan, yoxsa Ukraynadan geri dönüb. Xanım Labib bu suala aydın cavab verməyib. Deyib: “Simferopol hava limanına enmək üçün Rusiya vizası lazımdır”. Yəni Rusiyadan gəlirəm…”

Elbəyi Həsənli 

E.Həsənli onu da vurğulayıb ki, X.Labib adıçəkilən TV-də Əfqanıstan və Yaxın Şərq üzrə xüsusi müxbir olub:

“20 il ərzində həmin ərazilərdən xəbərlər yayımlayıb.

22 yaşlı Mahsa Aminin İranda qətlindən sonra o, 2022-ci ilin 22 oktyabrında Belçika parlamentində etiraz əlaməti olaraq İran əsilli Darya Safai ilə birlikdə saçını kəsib.
2023-cü ilin iyununda xanım Labib həmin ayın əvvəlində Brüsseldə merlərin qurultayında iştirak etmək üçün İran və Rusiya şəhərlərinin nümayəndə heyətlərinə viza verdikdən sonra parlamentdə etimadsızlıq səsverməsi qazanmışdı. Onun üzvü olduğu MR partiyası xanım nazirin istefa verməli olduğu təqdirdə hökuməti tərk edəcəyi ilə hədələdi. Bu da hökuməti çökdürə bilərdi…
Ən pisi odur ki, sosialist kimi tanınan bu xanımın Rusiya və irana xüsusi simpatiyası var. O, Gürcüstanda separatizmə qarşıdır, Ukraynada separatizmə dəstək verir, Ermənistanda isə nala-mıxa vurur…”

Globalinfo.az