Krılov Ermənistandakı Rusiya bazası haqda: Dramatik hadisələr baş verə bilər

“Paşinyan bu istiqamətdə hərəkət etmək qərarına gələrsə və Qərb dövlətlərinin təhlükəsizlik zəmanətlərinə üstünlük verərsə, o zaman Rusiya hərbi bazası və sərhədçilərinin Ermənistandan çıxarılmasının başlanacağı istisna deyil”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Krılov deyib.

“Görünür, bu istiqamətdə fəal iş gedir. Ermənistan açıq-aşkar kollektiv Qərbdən təhlükəsizlik zəmanəti almağa çalışır. Əgər bu, baş verərsə, o zaman Rusiyanın Ermənistandakı hərbi mövcudluğu lüzumsuz görünə bilər. Amma bu, Ermənistanın təhlükəsizliyi üçün də təhdid yarada bilər. Belə ki, Rusiya qoşunları Ermənistandan çıxarılsa və Qərbin zəmanətləri nəticə verməsə, bu, rəsmi Bakıya daha çox sərbəstlik verəcək. Əgər hər şey söz və qərarlarla məhdudlaşsa, o zaman Ermənistan üçün ən dramatik hadisələrin inkişafını gözləmək olar”, – Krılov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az