Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son zamanlarda rəsmi görüşlər, o cümlədən ictimaiyyətdə görünməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, Peskov Lavrovun işini aktiv şəkildə davam etdirdiyini deyib.
“XİN başçısı müvafiq tədbirlər zamanı ictimaiyyət qarşısına çıxacaq. O, hazırda işləyir”, – Kreml rəsmisi bildirib.
Qeyd edək ki, Sergey Lavrovun oktyabrın sonlarında keçirdiyi mətbuat konfransından sonra ictimaiyyət qarşısına çıxmaması, hətta Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi iclaslarda da iştirak etməməsi diqqət çəkib. İddialara görə, Kreml Rusiya və ABŞ liderləri arasında görüşünü baş tutmamasına görə günahkar axtarır və buna görə gözlər Lavrovun üzərindədir.
Əliyar Xəlil
Globalinfo.az