2025 05 13T151431Z 1675301138 RC22HEAPY9HE RTRMADP 3 RUSSIA PUTIN BUSINESS 1024x703 1

Rusiya ABŞ-a Ukrayna ilə sülh razılaşması ilə bağlı qeyri-rəsmi sənəd göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, sənəddə Moskva bütün Donbas bölgəsinin ələ keçirilməsini tələb edib. Bu tələb, agentliyin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın cəbhə xəttinin dondurulması barədəki mövqeyi ilə ziddiyyət təşkil edir.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 21-də yayımladığı bəyanatda bildirib ki, Trampla oktyabrın 17-dəki görüşdə tərəflər mövcud xətt üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Zelenski əlavə edib ki, Rusiya danışıqlardan qaçmaq üçün əlindən gələni edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: