“Rusiya nə Ukraynada münaqişənin həlli üçün ABŞ-ın hazırladığı sülh planını, nə də onun mümkün dəyişikliklərini rəsmi olaraq almayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya tərəfi Alyaskada baş tutan müzakirələrə sadiq qalır. Biz mümkün dəyişikliklərin və təsdiq edilmiş nüsxələrin mövcudluğundan xəbərdarıq, lakin rəsmi olaraq heç nə almamışıq”, – o bildiribş
Peskov vurğulayıb ki, Moskva ABŞ-ın sülh planı ilə bağlı bəzi məlumatları Vaşinqtonla birbaşa təmaslardan deyil, mətbuatdan öyrənəcək.
Əliyar Xəlil
Globalinfo.az