Kreml Putin və Ərdoğan arasında aparılacaq danışıqların təfərrüatını açıqladı

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşərək müzakirələr aparacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, tərəflər Putinin Türkiyə səfərinin detallarını müzakirə edəcəklər.

“Biz çoxdandır ki, Türkiyəyə səfər etməyi planlaşdırırıq. Düşünürəm ki, Putin və Ərdoğan bu məsələni müzakirə edəcəklər”, – Kreml nümayəndəsi bildirib.

Uşakov Moskvanın Ankara ilə daimi əlaqə saxladığını da vurğulayıb. O əlavə edib ki, Rusiya liderinin Türkiyəyə nəzərdə tutulan gələcək səfəri zamanı ən həssas məsələlər belə müzakirə oluna bilər.

Qeyd edək ki, Putin iyulun 3-dən 4-dək Astanada keçiriləcək ŞƏT sammitində Türkiyə prezidenti və Çin lideri ilə görüşəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az