1682007988 423515342 0 197 1920 1277 1920x0 80 0 0 c05149ddf8033f55cec1053c7833050e jpg

Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz.

Globalinfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev yol hərəkəti qaydalarını pozan qadın sürücünün əməli lə bağlı Feysbuk hesabında yazıb.

“İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda imtizamsızlıq doğurar. Fərqlənmək üçün qaydaları pozma, qaydalara əməl edərək fərqlən”, – DYP rəsmisi əlavə edib.

R.Tağıyev sürücünün qayda pozuntusunu əks etdirən videogörüntünü də paylaşıb.

Paylaş: