Koronavirusa yoluxanların və vaksin olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 024 nəfər müalicə olunaraq sağalıb, 10 254 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1006, hazırkı dövrədək isə 7 594 650 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 199 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 23, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 962 216, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 880, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 161, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 002, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 173 nəfər təşkil edir.