Konsert salonlarında cinayətlər baş verir – Siyavuş Novruzov

Vaxtilə bələdiyyələrdə qadınların say 3 % idisə, indi 40 %-ə yaxındır.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək: “Seçkili orqanlarda qadınların sayı artırılmalıdır”.

Deputat mətbuatda qadınların öldürülməsi ilə bağlı xəbərlərə diqqət çəkib:

“Mətbuatı açırsan, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Elə gün olur Azərbaycanda 7, elə gün olur 2 qadın öldürülür. Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada TikTok-un, yeni texnologiyaların rolu var, bu məsələ araşdırılmalıdır. Bu cinayətlər istənilən yerdə – küçədə, konsert salonlarında baş verir. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyaya çıxıb gedir, gəlib birinci həyat yoldaşını öldürür. İkincisi, gedir xaricə, ailəsi ilə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər”.