rober kocaryan 1 900x600 1

Ermənistanda keçirilən parlament seçkilərində üçüncü yeri tutan sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku seçkilərin nəticələrinə etiraz etmək niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, blokun yaydığı bəyanatda bildirilib ki, seçkilərin nəticələrinin hüquqi müstəvidə mübahisələndirilməsi və bundan sonrakı addımlar müxalif düşərgədəki tərəfdaşlarla müzakirə olunur.

“Gələcək addımlarla bağlı mövqeyimizi müzakirələr başa çatdıqdan sonra açıqlayacağıq. Bir məsələ dəqiqdir ki, biz geri çəkilməyəcək və mübarizə mövqeyimizi tərk etməyəcəyik”, – deyə Köçəryan vurğulayıb.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,82 faizini qazanaraq birinci olub. İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,28 faiz səslə ikinci, Robert Köçəryanın “Ermənistan” bloku isə 9,93 faiz səslə üçüncü yeri tutub.

Seçkilərdə ümumilikdə 2 milyon 507 min 216 seçicidən 1 milyon 477 min 736 nəfər iştirak edib. Bu da 58,97 faizlik seçici fəallığı deməkdir. Səsvermə zamanı 17 min 97 bülleten etibarsız hesab olunub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: