
Ukrayna hakimiyyəti Rusiya ilə istənilən potensial atəşkəs danışıqları üçün “qırmızı xətlər” müəyyən edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İndependent” nəşri Ukrayna hökumətinin yüksək vəzifəli mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Rusiya hakimiyyətinin Ukraynanın dörd vilayətini tam ələ keçirmək istəyinə baxmayaraq, əlavə ərazi güzəştləri tələbi də var:
“Onlar hazırkı cəbhə xəttinin atəşkəs çərçivəsində dondurula biləcəyi ilə “barışıb”. Lakin daha çox ərazinin verilməsini qəbuledilməz hesab edirlər. Məsələn, Zaporojye və ya Xersonun tam təhvili ağlabatan deyil. Bu, onlara cəfəngiyyat kimi görünür”.
Bildirilib ki, Ukrayna Rusiyanın işğal etdiyi əraziləri qaytarmaq üçün diplomatik yollar axtarmaq niyyətindədir:
“Onlar deyir ki, qısamüddətli atəşkəs yox, uzunmüddətli sülh lazımdır”.
Mənbələr Rusiyanın faktiki olaraq müqaviləni qəbul edəcəyinə inanmadıqlarını və daha bir hiylə gözlədiklərini də vurğulayıblar.
Günay Rəsulqızı
Globalinfo.az