zelenskyi rosiia mozhe vidpravyty armiiu v iran 79ca

Ukraynanın ABŞ və İsrailə dəstək məqsədilə Körfəz ölkələrindən birinə zabit və texniki vasitələr göndərdiyinə dair iddialar var. Bəzi məlumatlara görə, zabitlərdən biri İranın hücumları nəticəsində həlak olub.

Körfəz ölkələrindən sonra Ukraynanın da hədəf alınması mümkündürmü? Müharibənin miqyası genişləniri?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ukraynanın İran dronlarına qarşı mübarizədə kifayət qədər təcrübəsi var:

“Bu xüsusda Ukrayna Prezideti Volodimir Zelenskinin ərəb ölkələrinə səfəri zamanı öz təcrübələrini bölüşməsi və təlimatçıların göndərilməsini qeyd etməsi diqqət çəkirdi. Düşünürəm ki, Ukrayna Körfəz ölkələrinə hərbi təlimatçılar göndərib. Artıq Zelenski Hörmüz boğazının açılması ilə bağlı da öz təcrübələrini bölüşmək üçün çıxış edib, təkliflərini irəli sürüb.

mehemmed esedullazadeee 900x574 1
Məhəmməd Əsədullazadə

Kiyev Tehrana qarşı sərt siyasət aparır. Çünki İranın Ukrayna müharibəsində Rusiyanı “Şahid” dronları ilə təmin edib və ciddi dəstək göstərib. Ukrayna da bir növ bunun əvəzini çıxır. İran faktiki olaraq Ukraynaya qarşı müharibədə iştirak edib, birbaşa təhdidlər də səsləndirə bilər. Nəzərə alaq ki, İranın arsenalında 2 min və 4 min kilometr mənzilli ballistik raketlər var. Bu raketlər əsasən ABŞ və İsrailə qarşı istifadə olunur. İranın 4 min kilometr mənzilli ballistik raketlə Ukraynaya da zərbə endirməsi mümkündür?

Turan Rzayev
Globalinfo.az

Paylaş: