1770757627 1769944942 zelenskii

Ukrayna Rusiyaya qarşı uzaqmənzilli zərbələrində hədəfi neft sektorundan raketlərin və əsas komponentlərin istehsalı ilə məşğul olan hərbi-sənaye kompleksi müəssisələrinə yönəldə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” qəzeti yazıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hərbi və siyasi rəhbərliyi ilə görüşdə Rusiya hərbi sənayesinə qarşı məqsədyönlü əməliyyatların keçirilməsi barədə göstəriş verib”, – məqalədə qeyd olunub.

Nəşr Ukraynanın Rusiyaya zərbələrinin hədəflərini dəyişə biləcəyinə dair ehtimalı Zelenskinin son açıqlaması ilə əlaqələndirib.

Ukrayna lideri Rusiyanın hərbi-sənaye kompleksinin müəyyən müəssisələrinə qarşı xüsusi əməliyyatların keçirilməsini tapşırıb.

“Welt”in yazdığına görə, indiyədək Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrinin əhəmiyyətli hissəsi neft infrastrukturuna yönəlib.

Rusiya isə öz növbəsində uzun müddətdir Ukraynanın hərbi-sənaye kompleksinə zərbələr endirir.

Avqustun 8-də Kiyevdə yerləşən “Fire Point” müəssisəsinə gecə saatlarında endirilən zərbə nəticəsində ölkənin yeraltı hərbi-sənaye şəbəkəsinin əsas həlqələrindən birinin vurulduğu məlum olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: