Kiyev Moskva ilə danışıqlara başladı – KİV

“Ukrayna hökuməti Kurskda keçirilən əməliyyatlar zamanı hər iki tərəfdən əsir düşmüş döyüşçülərin mübadiləsi üçün Rusiya ilə danışıqlara başlayıb”. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə nüfuzlu “Financial Times” nəşri çıxış edib.

Məlumata görə, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Rusiyanın ombudsmanı Tatyana Moskalkova ilə mübadilənin detallarını müzakirə edib. D.Lubinets bunu təsdiqləsə də, T.Moskalkova heç bir münasibət bildirməyib. Ukrayna nümayəndəsi rusiyalı həmkarı ilə müzakirəni ümidverici adlandırıb.

Ukrayna tərəfində danışıqlara cavabdeh olan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi mübadilə ilə bağlı hazırlıq görüldüyünü təsdiq edib.

Qeyd edək ki, Ukrayna tərəfi son günlərdə Kursk vilayətində gedən döyüşlər zamanı yüzlərlə rus əsgərini əsir götürdüyünü açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az