Ermənistan müharibəyə hazırlaşmalıdır – Kiviryan

“Paşinyanın siyasəti sülhə aparmır, 44 günlük müharibə gizli formada davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

O bildirib ki, Paşinyan sülh erası elan etsə də, əslində, əbədi müharibə erası açıb.

“Paşinyanın fikrincə, rəsmi İrəvan ən yaxşı halda keçmiş Ermənistan SSR-in ərazilərini özündə birləşdirməlidir. Lakin bu ərazilərin bir hissəsi artıq bizdə deyil. Bu halda Paşinyan Qərbə arxalanır. Amma bu, ona kömək etməyəcək. Ermənistan faktiki olaraq müharibəyə hazırlaşmalıdır, baxmayaraq ki, hakimiyyət cəmiyyətdə yalnız illüziya yaradır”, – Kiviryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az