Xarici media: “Bayden atəşkəs üçün Netanyahuya təzyiq göstərir”

ABŞ hakimiyyəti İsrail hökumətinə 4 aylıq atəşkəs razılaşmasını qəbul etməsi üçün təzyiq göstərir. 

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV-də iddialar yayılıb.

Məlumata görə, Cozef Bayden administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahuya atəşkəs variantına razı olması üçün təzyiq göstərir.

Qeyd edək ki, bundan öncə Ağ Evin İsraildən müharibə styrategiyasını dəyişməyi tələb etdiyi və bu ölkəyə silah tədarükünü dayandıra biləcəyinə dair məlumatlar yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az