yangin rusiya

Rusiyanın Volqoqrad şəhərində mənzildə yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin İstintaq İdarəsindən bildirilib.

Yanğın nəticəsində 3 nəfər həyatını itirib, onlardan biri qadın, ikisi isə uşaqdır. Daha bir uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib.

Paylaş: