muharibe ordu raket141

Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı mübahisənin qarşılıqlı mübadilə yolu ilə həll edilməsi təklif olunur.

Globalinfo.az xəbər verir ki, erməni xəritəşünas Ruben Qalçyan bu variantı problemin həlli üçün ən məqsədəuyğun hesab etdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduqları dövrdə anklavlar məsələsinin həlli istiqamətində addım atmayıblar.

Qalçyan onları problemi diqqətdən kənarda saxlamaqda və mövzu ətrafında müzakirələrdən yayınmaqda ittiham edib:

“Ermənistan müxalifətinin bu məsələ ilə bağlı mövqeyi Azərbaycana müharibə elanı kimi qiymətləndirilə bilər”.

Siyasi analitik Edqar Arakelyan isə Ermənistanın Baş naziri Nikol Paşinyanın Kərki kəndi ilə bağlı açıqlamasının ətrafında qarşıdurma yaratmaq cəhdlərinin olduğunu iddia edib:

“Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın Kərkiyə səfəri də təsadüfi deyildi, təxribat xarakteri daşıyırdı”.

Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan anklavlarla bağlı təkliflə çıxış edib. O bildirib ki, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalıdır, Bakı və İrəvan əraziləri dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: