Yağıştılı hava şəraiti davam edir – Faktiki hava

Mayın 8-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Şahbuz, Ordubad, Gədəbəy, Daşkəsən, Şirvan, Qobustan, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Balakən, Şəki, Qax, Altıağac, Xaltan, Qrız, Qusar, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabiarabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış, Şahdağda zəif qar yağıb.

Daşkəsəndə saat 12:50-12:51 radələrində diametri 10 mm olan dolu düşüb.

Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 13-18, Ordubadda 24, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olub.

***09:26

Mayın 8-i saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Qobustan, Şahbuzda 22 mm, Göygöldə 20 mm, Lerikdə 19 mm, Altıağacda 18 mm, Şəkidə 12 mm, Şabranda 11 mm, Lənkəran, Şamaxıda 10 mm, Quba, Xaltanda 9 mm, Qusar, Balakən, Gədəbəydə 8 mm, Qrız, Neftçala, Astara, İsmayıllıda 7 mm, Qax, Ordubad, Kürdəmir, Daşkəsən, Şərur, Göyçay, Şahdağ, Sabirabad, Sədərək, Yardımlı, Zaqatala, Culfa, Bərdə, İmişli, Ağstafa, Tərtər, Mingəçevir, Yevlax, Göytəpə, Naftalan, Gəncə, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 16 mm-dək olub.

Mayın 7-də saat 15:30-15:53 radələrində Kəlbəcər rayonunun cənub-qərb hissəsinə diametri 10-12 mm olan dolu düşüb.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 13, dağlıq rayonlarda 2-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.