Kəlbəcərdə maşın aşdı: ölən var

Kəlbəcər rayonunun Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb.

O, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.