Kəlbəcərdə ağır qəza: ölən var

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.