Keçmiş rəis oğluna yeni vəzifə və rütbə verildi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, Zalov Ramin Rəhim oğluna polis leytenantı rütbəsi verilib. O, Goranboy Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə əməliyat müvəkkili vəzifəsinə təyin edilib.

R.Zalov bu təyinata qədər Gəncə şəhər baş polis idarəsinin 1-ci polis şöbəsində çalışıb.

Qeyd edək ki, Ramin Zalov Gəncə Baş Polis İdarəsinin keçmiş DYP rəisi Rəhim Zalovun oğludur.