Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Güclü Ermənistan Partiyasından altı deputatlığa namizədin cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Söhbət Vaqe Tavakalyan, Ayke Avakyan, Vaqe Yegiazaryan, Susan Badoyan, Aşot Saakyan və Artur Abramyandan gedir. Məlumata görə, Ermənistan İstintaq Komitəsi artıq onların saxlanılması barədə qərar qəbul edib.
Onlar “seçici rüşvətxorluğu və külli miqdarda çirkli pulların yuyulması” maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, Güclü Ermənistan Partiyasının lideri rusiyalı iş adamı Samvel Karapetyandır. Daha əvvəl təşkilat rəhbərinin ən yaxın adamlarından biri – Alik Aleksanyan da bu işlə bağlı həbs olunmuşdu.