
Ermənistan hökumətinin perspektivi yox, onun yaratdığı sistem dağılır və bu nə qədər tez baş versə, ölkənin itkisi bir o qədər az olacaq.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Şərəf Duyuram Fraksiyasından deputat Tiqran Abramyan deyib.
“Maraqlıdır, hakim elitanın nümayəndələri ABŞ vitse-prezidentinin Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı nə hiss ediblər. Son 4-5 ildə bu hökumət aktiv vətəndaşları repressiyaya məruz qoyub. Onlar hökumətin hədəfinə sadəcə hazırkı rejimi tənqid etdikləri, həqiqəti dedikləri üçün düşüblər. Bu hakimiyyətin gələcəyi yoxdur, onların yaratdığı sistem dağılır və bu nə qədər tez baş tutsa, ölkə o qədər az itirəcək” – deyə o bildirib.